“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”

17:16 - 03 / 04 / 2020
“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 5-dən adı xüsusi siyahıda olmayan vətəndaşlar evdən çıxmaq üçün öncədən icazə almalı olacaqlar.

1news.az xəbər verir ki, bunuBaş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev İTV-də çıxışında bildirib. Onun sözlərinə görə, karantin qaydalarının pozulmasına görə dünəndən bəri 10 nəfər həbs edilib, 3566 nəfər cərimələnib: 

"Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər həbs olunur.

İcazə almadan və icazəni təsdiqləmədən evdən çıxan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Dünən məsuliyyətə cəlb olunan 3566 nəfərdən hər hansı biri təkrar eyni xətanı törətsə, yəni icazə almadan evdən çıxarsa, artıq onu inzibati həbs gözləyir. Həmin şəxslər cərimə olunmayacaq, həbs olunacaq. 

İcazə alınmadan çıxmaq üçün nəzərdə tutulan hallarla bağlı vətəndaşların əlində sənəd olmalıdır. Kimsə evdən çıxıb "məni polisə çağırıblar" deyib gedə bilməz. Mütləq çağırış sənədi göstərməlidir".

1news.az

Paylaş:
917

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər