XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı “qara siyahı”dan çıxarılıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı “qara siyahı”dan çıxarılıb

10:33 - 15 / 10 / 2019
XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı “qara siyahı”dan çıxarılıb

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən “Kuhner Fondu” Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, bu fondun rəhbəri Laura Kuhner, eləcə də onun üzvlərinin Tim Bürgin və Qifti Dvamena adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubda “Kuhner Fondu” Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

“Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
401

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər