Almaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Almaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

19:00 - 28 / 06 / 2016
Almaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İyunun 29  Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Cənubi Qafqaza üçgünlük səfəri başlayacaqdır.

Almaniyanın Azərbaycandakı səfirliyindən 1news.az-a verilən məlumata əsasən, bölgəyə səfər əsnasında almaniyalı diplomat Ermənistan, Azərbaycan və Gürücüstana səfər edəcəkdir.

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində keçəcəkdir.

Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir.

Bundan başqa V.Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcəkdir və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Naziri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcəkdir.

1news.az

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər