Azərbaycan XİN-i İstanbulda baş verən terror aktlarını lənətləyir
28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik.
1news.az-ın məlumatına əsasən, bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin
İstanbulun Atatürk hava limanında törədilmiş terror aktları ilə bağlı mətbuat açıqlamasında bildirilir.
“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”,- deyə, bəyanatda qeyd olunur.
1news.az