Avropa yay məktəbi 2017: Azərbaycan gəncləri üçün ilham və stimul mənbəyi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa yay məktəbi 2017: Azərbaycan gəncləri üçün ilham və stimul mənbəyi – FOTO

09:45 - 19 / 09 / 2017
Avropa yay məktəbi 2017: Azərbaycan gəncləri üçün ilham və stimul mənbəyi  –  FOTO

Avropa İttifaqını, ordakı dəyərləri yaxından tanımaq, Azərbaycan-Avropa əməkdaşlığının perspektivlərini, Aİ tərəfindən təqdim edilmiş təhsil və karyera imkanlarını görmək, yeni dostluq əlaqələri qurmaq – bütün bu imkanları iştirakçılara Azərbaycanda ikinci Avropa yay məktəbi təqdim edib.

15 azərbaycanlı tələbə və məzunu, eləcə də yerli və avropalı trenerləri birləşdirən Avropa yay məktəbi 21-23 avqustda Azərbaycanın istirahət yeri olan Qalaalatıda keçirilib.

“Aydındır ki, həm Avropa İttifaqının, həm də istənilən ölkənin gələcəyi bugünkü gənc nəsildən, onların dəyərlər sistemi və dünyagörüşündən asılıdır. Hər şey onların əllərindədir. Onların inkişafına, həyat mövqeyinə yaxından köməklik etmək – buna görə də biz gənclərlə işləməyi çox vacib hesab edirik”, - bunu “Avropalı gənc səfirlər” layihəsinin koordinatoru Sofi Veriter söyləyib.

Qalalatıda keçirilən Avropa yay məktəbi – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan könüllülər “Avropalı gənc səfirlər” layihəsi çərçivəsində həyata keçirilən gənc təşəbbüslərdən biridir. Buradakı könüllülər  bir-birilə bilik və təcrübə mübadiləsi aparır.

“Müasir dünyamızda əsas ünsiyyət vasitəsi sözsüz ki, sosial şəbəkələrdir. Və bu şəbəkələrin ən fəal istifadəçiləri gənclərdir. Avropa İttifaqının gənclərçün daha anlaşıqlı olması ideya bu cür onlayn-platforma vasitəsilə yarandı”, - deyə Sofi sözlərinə əlavə edib.

Avropa yay məktəbinin açılışında iştiakçıları Aİ Nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis salamlayıb. O, gənclərə Avropanın qonşuluq siyasətinin əsasları (ENP), eləcə də 25 illik birgə əməkdaşlığın nailiyyətlərindən bəhs edib.

“Avropa yay məktəbləri bir çox Şərq Tərəfdaşlığı ölkələrində keçirilir. İştirakçılarla Aİ Nümayəndəliyinin əməkdaşları, eləcə də bir sıra Avropa qurumlarında çalışan insanlar ünsiyyət qururlar. Tələbələr qeyri-rəsmi mühitdə Avrtopa gündəminin əsas mövzuları ilə tanış olurlar”. – Daniilidis deyir.

“Əvvəlki Avropa yay məktəblərində iştirak etmiş gənclər üçün bu hadisə onların şəxsi və peşəkar inkişafında həlledici idi”, - deyə Nümayəndəlik əməkdaşı sözlərinə əlavə edib.  

Üç gün ərzində uşaqlarla işləyən trenerlər ikinci Avropa yay məktəbi iştirakçılarının həyatda uğura nail olmaları üçün bütüm imkanların olduğunu bildiriblər.

“Avropa mövzusunda iştirakçıların hərtərəfli biliyi məndə xoş təəssürat yaratdı. Uşaqlar maraqlı və dəqiq suallar verərək auditoriyanı yeni müzakirələrə səsləyirdi”, - deyə trener Vitali  Qerlosski deyir.

Vitali Belorusdandır, Fransada hüquqşünaslıq oxuyub, hazırda isə Belçikada hüquq məsləhətçisi olaraq işləyir. Qalaaltı təşkil edilən Avropa yay məktəbində o, gənclərə Avropa İttfaqı ilə Azərbaycanın INOGATE proqramı çərçivəsində keçirilən enerji əməkdaşlığı haqda, eləcə də yeni EU4Energy təşəbbüsündən danışıb:

“Bu gənclərdə böyük potensial hiss olunur. Onlar energetika və ümumilikdə Avropa İttifaqı haqda kifayət qədər anlaşıqlıdırlar. Aİ-də bu cür gənc mütəxxəsisləri çox dəyərləndirirlər. Öz gücünə inanmaq və özünü sınamaq – bunlar gənc nəslin uğura nail olması üçün ən başlıca dəyələrdir”.

İştirakçılar çox həvəsli idilər. Dövlət İdarəçilik Akademisyasının məzunu İlyas Fərhadlı bildirib ki, ikinci Avropa yay məktəbinə seçim haqda eşidən kimi, komandanın bir üzvü olmağa qərar verib.

“Əxlaqi və mənəvi dəyərləri, ideyaları bölüşən, həyatı yaxşılığa doğru dəyişməyə çalışan insanları ətrafında görmək çox xoşdur”, - əməkdaşlığı hər iki ölkənin inkşafı üçün imkan olaraq görən İlyaq söyləyir.

“Avropalı gənc səfirlər” layihəsi çərçivəsində bütün gənclər proqramı “Birlikdə daha güclüdür! şüarı altında həyata keçirilir.

Avropa yay məktəbininin əsas prinsipi bütün elmi sessiyaların qeyri-rəsmi mühitdə keçirilməsidir. Eləcə də əsas diqqət tədrisin müasir metodlarına yönəlib. Beləcə iştirakçılar bütün müzakirə olunacaq məsələlərə öz fikirlərini bildirmiş olurlar.

Təşkilatçlar əmindir ki, bu cür yanaşma daha effektlidir. Bunu, iştirakçılar da qiymətləndiriblər.

Moskva Dövlət Universitetinin Bakı filialında Dilçilik fakültəsində təhsil alan Bəhruz Səmədov qeyd edib ki, məlumatın təqdimat forması və trenerlərin iştirakçıların fikirlərinə marağı çox xoş idi:

“Üç gün ərzində keçirilən yay məktəbində müxtəlif mövzularda çoxsaylı debatlar keçirilib. Azərbaycana aid, hər kəsə bəlli və lazımlı olan məsələlərə diqqət ayırılması daha çox xoşuma gəldi. Eləcə də məlumata eynitərəfli deyil, tənqidi yanaşmalar da xoşuma gəldi”.

Yay məktəbinin elmi sessiyalar üzrə moderatoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar  Hacızadə qeyd edib ki, yeni təlim metodlarına əsasən müəllim – auditoriyada tələbələrə öz nəzər nöqtəsini çatdıran şəxs deyil. Müəllim daha çox bələdçi rolunda çıxış edir.

“Mühazirələrin tələbələrə yönəldilməsi olduqca vacibdir. Şəxsi inanclarında ilişib qalmaqla hadisələrə yeni baxış, problemlərin yeni həlli formalarının qarşısını alırsınız”, - “Jan Mone” Avropa proqramının laureatı Hacızadə bildirib. 

Mövzu ilə əlaqədar oxuyun:

Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır

“Bəzən tələbələr cavablarının bəsit olmasından qorxurlar. Lakin bir müəllim kimi onlara hər zaman məsləhət görürəm ki, maraqlandıqları hər bir şeyi soruşsunlar. Bu cür daha çox biliklərə yiyələnmək olar”.

“Azərbaycanın gənc nəslinin nümayəndələri bəzən özlərini lazımınca qiymətləndirmir, öz imkan və bacarıqlarına inanmır”, - deyə Azərbaycanda Erasmus+ Avropa təhsil proqramları milli ofisinin rəhbəri hesab edir.

“Gənclərlə işdə əsas məqsədim – Avropa İttifaqının istər tərfdaş-dövlətlərin, istərsə də ölkəmizin tələbə və gənclərinə bəxş etdiyi imkanları maarifləndirməkdən ibarətdir”, - Pərviz Bağırov deyib.

Aİ tərəfindən maliyyələşdirilən Azərbaycan gəncləri üçün təhsil layihəsi Avropa ali məktəblərində tələbə mübadiləsindən tutmuş tam təhsil kursunadək Azərbaycan və Avropa universitetləri arasında bir sıra birgə layihələri əhatə edir.

“Əgər əsrlik tarixə malik Avropa universitetləri gözəl təhsil təqdim edisə, Azərbaycan gəncinin bu  imkandan istifadə edərək, əldə etdiyi bilik və təcrübəni qazanaraq Vətənimizin inkişafına yönəldilməsində heç bir maneəni görmürəm”, - deyə o, bildirib.

Yay məktəbində iştirak edənlər arasında Azərbaycan Dillər Universitetinin tərcüməçilik ixtisasını bitirən builki məzun Qumru Əliyeva da var. Ötən il Qumru Türkiyədə bir semestr ərzində tələbə mübadiləsi üzrə Erasmus+ təhsili alıb və Erasmus tələbə şəbəkəsinin Azərbaycan nümayəndəsidir.

“Avropa – çoxlu imkanlar deməkdir. Düşünürəm ki, tələbələrin və eləcə də bütün Azərbaycan gəncliyinin bu imkanlar haqda, onlardan istifadə ilə bağlı ətraflı məlumatı yoxdur. Əminəm ki, çoxları burada öz bəxtini sınaya bilər”, - deyə Qumru bildirib.

“Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hətta xaricdə bir il təhsil almaq belə böyük həyat təcrübəsi verir”, - sözlərinə əlavə edən Qumru Azərbaycandan “Avroplı gənc səfirlər” siyahısına daxil olaraq Aİ-nin təhsil və karyera təşəbbüslərində həmyaşıdlarına yaxından köməkliyə ümid edir.

Hazırda “Avroplı gənc səfirlər” proqramında 100 nəfər iştirak edir. Onlardan 80 nəfəri Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus), 20-si isə Avropa İttifaqı ölkələrini təmsil edir. Azərbaycandan burada 15 nəfər iştirak edir.

Siyahı daim yenilənir. Müvafiq tələblərə cavab verərək gənclər üçün layihələrdə fəal iştirak edən 15-25 yaş arası istənilən gənc ideal namizəd ola bilər.

Elena Ostapenko

Fotolar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəli tərəfindən təqdim edilib.

Məqalə EU NEIGHBOURS east layihəsi çərçivəsində yazılıb.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
4021

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdi23 / 05 / 2024, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub23 / 05 / 2024, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb23 / 05 / 2024, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞI23 / 05 / 2024, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb23 / 05 / 2024, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir23 / 05 / 2024, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib23 / 05 / 2024, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb23 / 05 / 2024, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq23 / 05 / 2024, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib23 / 05 / 2024, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB23 / 05 / 2024, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”23 / 05 / 2024, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib23 / 05 / 2024, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRAR23 / 05 / 2024, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaq23 / 05 / 2024, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək23 / 05 / 2024, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilib23 / 05 / 2024, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub23 / 05 / 2024, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldü23 / 05 / 2024, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək23 / 05 / 2024, 14:02
Bütün xəbərlər