Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb – FOTO –YENİLƏNİB
Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb, bu haqda Sinxua agentliyi Bəlucistanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayır.
Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 53, yaralıların isə 56-ya yaxın olduğu bildirilirdi.
Qeyd edək ki, partlayış bazar etsəsi səhər saatlarında Bəlucistanın Vəkillər Kollegiyası Asossiasiyasının prezidenti Bilal Ənvər Kasinin ölümdən sonra baş verib. O hospitala gətiriləndən sonra tibb müəssisəsinə onun həmkarları da gəlib. Bundan sonra isə partlayış baş verib. Partlayış nəticəsində bir neçə vəkil yaralanıb, bir jurnalist həlak olub, daha biri isə yaralanıb.
Bəlucistanın daxili işlər nazirinin bəyanatına görə, partlayışı kamikadze həyata keçirib. Minaaxtaranların məlumatına görə, kamikadzenin üstündə 8 kiloqramdan 10 kq-a qədər partlayıcı olub.
Məlumat verilir ki, partlayışdan sonra atışma da olub. Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib
RİA Novosti
12:00
Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı ən azı 53 nəfərə, yaralılar isə 50 nəfərə çatıb, bu haqda Express Tribune nəşri məlumat yayır.
Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 40 nəfər olduğu haqda məlumat yayılmışdı.
RİA Novosti
11:00
Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb, bu haqda Express Tribune nəşri məlumat yayır.
Partlayış səhər saatlarında Bəlucistanın Vəkillər Kollegiyası Asossiasiyasının prezidenti Bilal Ənvər Kasinin ölümdən sonra baş verib. O hospitala gətiriləndən sonra tibb müəssisəsinə onun həmkarları da gəlib.
Bundan sonra isə partlayış baş verib. Partlayış nəticəsində bir neçə vəkil yaralanıb, bir jurnalist həlak olub, daha biri isə yaralanıb. Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 30, yaralılar isə 50-yə yaxın olduğu bildirilirdi.
Bəlucistanın daxili işlər nazirinin bəyanatına görə, partlayışı kamikadze həyata keçirib.
Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib
РИА Новости
10.20
10:20
Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində 25 nəfər həlak olub, 35-i isə yaralanıb.
Partlayış səhər saatlarında baş verib. Partlayış xəstəxananın reanimasiya şöbəsində baş verib.
Polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib.
RİA Novosti