ru

Cəmiyyət

25 Mart saat 22:41

5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test "Cepat" adlandırılıb.

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat" testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər.

Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər:  "Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq".

Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur