ru

Cəmiyyət

16 May saat 12:53

Arterial qanaxmanı dayandıran gel yaradıldı – VİDEO

Arterial qanaxmanı dayandıran gel yaradıldı – VİDEO

Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, aparılan tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb.

Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.

Lakin bir müddət əvvəl çinli alimlər hər iki problemi çözmüş hidrogel ərsəyə gətirib. Qanaxmaya qarşı hidrogel su, jelatin və müxtəlif zülalların sintezindən ibarətdir. Onun strukturu insanın birləşdirici toxumasına maksimal dərəcədə yaxındır.

Gelə ultrabənövşəyi şüa dəyəndə, bərkiyərək genişlənir və yaranı dərhal bağlayır. Beləcə, damarda qanaxmanın qarşısı alınır. Alimlərin dediyinə görə, unikal hidrogel 290mm-ə qədər olan təzyiqə tab gətirə bilir.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur