ATV-də tanış olub evlənən məşhur cütlüklər - SİYAHI+FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ATV-də tanış olub evlənən məşhur cütlüklər - SİYAHI+FOTO

13:40 - 24 / 10 / 2018
ATV-də tanış olub evlənən məşhur cütlüklər - SİYAHI+FOTO

1news.az Big.az-a istinadən ATV telekanalında tanış olub evlənən məşhur cütlüklərin siyahısını təqdim edir:

ATV-nin məşhur aparıcısı İlkin Həsəni də həyat yoldaşı ilə işdə tanış olub. O, ATV-nin əməkdaşı Aysel xanımla ailə həyatı qurub. Cütlüyün toyu 2017-ci ildə baş tutub. İlkinlə Ayselin bu evlilikdən Alisa adlı qızları var.

“Bozbash pictures”in Şöşüsü – aktyor Ramil Babayev də xoşbəxtliyi işdə tapan məşhurlardandır. Aktyor həyat yoldaşı Nigar xanımla ATV-də tanış olub. Nigar xanım "Bizim səhər" verilişinin əməkdaşı olub. O, ATV-də bir il işləyib. Ramillə ailə həyatı qurduqdan sonra isə işləməyib. Cütlüyün bu evlilikdən 2 qızları var.

"Bozbash pictures"in "Fəlakət"i, sevilən aktyor Elşən Orucov İlahə adlı xanımla həyatını birləşdirib. Onun həyat yoldaşı televiziya əməkdaşıdır, reklam şöbəsində işləyir.

ATV-nin aparıcısı Jalə Həsənli də həyat yoldaşı ilə telekanalda tanış olub. Jalənin həyat yoldaşı "ATV-səhər"in layihə rəhbəri olub.

Bir vaxtlar ATV-də işləyən aparıcı Samirə Mustafayeva 2006-cı ildə Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə telekanalda tanış olub ailə həyatı qurmuşdu. Lakin cütlüyün münasibəti hazırda boşanma ilə nəticələnib. Onların Nuran adlı bir qızları var.

Aparıcı Aytən Əliyeva da həyat yoldaşı Namiq Əliyevlə ATV-də tanış olub. O, aparıcı həyat yoldaşı ilə “Son xəbər” layihəsində çalışarkən münasibətə başlayıb. Cütlüyün evliliklə nəticələnən münasibətindən Məhəmməd adlı bir oğulları var.

ATV telekanalında yayımlanan “Vicdan haqqı” serialının sevilən aktyorları Ülviyyə Xəlilbəyli və Murad İsmayılın da münasibəti elə iş yerində başlayıb. Telekanalda tanış olub nişanlı cütlük toya hazırlaşır.

ATV-ni Zaur və Günaysız təsəvvür etmək çətindir. Sevimli cütlük telekanalda tanış olub ailə qurub. Onların bu evlilikdən Dilavər adlı qızları var.

“Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olan müğənni Elvin Abdullayev və ATV telekanalında yayımlanan “Şarm” verilişinin rejissoru Afət Mehdiyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdən 2 oğlu var.

İdmançı Kamil Zeynallı ilə həyat yoldaşı Gülay da ATV telekanalında tanış olub. "Xalq ulduzu" yarışmasının iştirakçısı olan Gülay həmin telekanalda yayımlanan verilişlərdə fitnes dərsləri keçən Kamil Zeynallı ilə 2010-cu ildə ailə həyatı qurub. 

Aparıcı Vüsalə Əlizadə ilə Azər Zahid də ATV-də tanış olub evlənən cütlüklərdən olub. Lakin hazırda boşanan cütlüyün bu evlilikdən Dilək adlı qızları var.

1news.az

Paylaş:
14490

Son xəbərlər

Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07
Bütün xəbərlər