ru

Azərbaycan futbolu

29 Oktyabr saat 13:38

Azərbaycan Premyer Liqadasında mövsümün rekordu

Azərbaycan Premyer Liqadasında mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, IX turda 14 qol vurulub. Bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı "Sumqayıt" - "Neftçi" (2:4), 4-ü "Sabah" - "Zirə" (2:2), 3-ü "Keşlə" - "Qəbələ" (2:1), 1-I "Qarabağ" - "Səbail" oyununa təsadüf edib.

Meydan sahibləri və qonaqların eyni sayda - 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdır ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. "Qəbələ" - "Keşlə" və "Səbail" - "Qarabağ" görüşləri eyni - 0:4, "Neftçi" - "Sumqayıt" qarşılaşması 2:1, "Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb.

Sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur