ru

İqtisadiyyat

25 Mart saat 22:28

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanat və troslar və onlardan məmulatları gömrük rüsumlarından azad edilib.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur