Caspian European Club-un ümumi toplantısı keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Caspian European Club-un ümumi toplantısı keçirilib – FOTO

10:47 - 17 / 10 / 2019
Caspian European Club-un ümumi toplantısı keçirilib – FOTO

16 oktyabr 2019-cu il tarixdə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə Caspian European Club-un üzv şirkətlərinin top-menecerlərinin ümumi toplantısı təşkil olunub.

1news.az-ın verdiyi xəbərə görə, ümumi toplantıda İdarə Heyətinin üzvlərinin, komitə rəhbərlərinin, Caspian European Club-a daxil olan sahə və sahələrarası işçi qruplarının rəhbərlərinin hesabatları dinlənilib.

İclas çərçivəsində yeni inkişaf strategiyası, Caspian European Club-un üzv şirkətlərini maraqlandıran sual və təkliflər müzakirə olunub, həmçinin dördüncü rüb ərzində biznes-forumların, dəyirmi masaların və CEO Lunch-ın təşkil olunacağı dövlət məmurlarının siyahısı tərtib edilib. Əsas diqqət beynəlxalq layihələrin inkişafına və Caspian European Club-un Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə və ofis, eləcə də daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki fəaliyyətinin irəliləyişinə yetirilib.

Yeni strategiyaya əsasən, Caspian European Club tərəfdaşları ilə birgə aylıq Caspian Energy İnvestor və illik Caspian Energy İndex nəşrlərini bərpa edəcək. Hər iki layihə yalnız abunə yolu ilə əldə olunacaq və orada qanunvericilikdəki dəyişikliklər, investisiya təklifləri, tenderlər, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar və investorlar üçün faydalı məlumatlar öz əksini tapacaq.

Yeni strategiyada həmçinin sahibkarların qeyri-rəsmi xarakterli aylıq tədbirlərdə iştirak etmək istəkləri əks olunacaq. Ənənəvi tədbirlər kimi bu görüşlər də şirkətlər arasında netvorkinqin yaxşılaşmasına xidmət edəcək. Sonda hər rübdə ümumi toplantıların təşkili ilə bağlı qərar qəbul edilib. Eyni zamanda İdarə Heyətinin üzvlərinin, komitə rəhbərlərinin, sahə və sahələrarası işçi qrup rəhbərlərinin növbəti seçkilərinin tarixi açıqlanıb. Ümumilikdə Klubun İdarə Heyətinin hazırkı tərkibinin fəaliyyəti uğurlu qiymətləndirilib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
823

Son xəbərlər

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17
Bütün xəbərlər