“Cənab Prezident, Siz hər bir addımınızla xalqımızın yanında olduğunuzu sübut edirsiniz” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, Siz hər bir addımınızla xalqımızın yanında olduğunuzu sübut edirsiniz” – Minnətdarlıq məktubları

17:32 - 08 / 07 / 2020
“Cənab Prezident, Siz hər bir addımınızla xalqımızın yanında olduğunuzu sübut edirsiniz” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Qabil Mehdiyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncam ölkə mediasına verdiyiniz böyük dəyərin və etimadın növbəti nümunəsidir. Jurnalistlərin dostu olaraq, Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika ənənələrimizin yaşadılmasına və inkişaf etdirilməsinə böyük töhfə vermisiniz. Ölkə mediasına dəstəyiniz idman jurnalistikasını da Sizin qayğınızdan kənarda qoymur.

İdman Jurnalistləri Federasiyasının fəaliyyətə başlaması da Sizin bu sahəyə diqqət və qayğınızdan irəli gələrək, bədən tərbiyəsi və idmanın kütləviliyinin təbliğinə, idman mediasının inkişafına xidmət edir. Biz - idman jurnalistləri Sizin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi uğrunda apardığınız mübarizəni, ölkə daxilində və xaricində gördüyünüz işləri və atdığınız bütün addımları bundan sonra da dəstəkləyəcəyimizi bir daha bəyan edirik.

Sonda bir daha İdman Jurnalistləri Federasiyası İctimai Birliyinin üzvləri, bütün idman jurnalistlərimiz adından mətbuata göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Əfqan Həsənovdan, Şirvan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizi bütün şirvanlılar və Şirvan gəncləri adından səmimi qəlbdən salamlayıram. Sizə xalqımızın sosial rifah halının yaxşılaşdırılması, dövlətimizin daha da inkişafı istiqamətində gördüyünüz işlərdə uğurlar arzu edirəm. Hazırda koronavirus pandemiyası bütün dünya ölkələrini çətin vəziyyətə salıb.

Ölkəmizdə də virusun mənfi izlərini görürük. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən fəaliyyətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində Azərbaycan bu pandemiyadan minimum zərərlə çıxmağa doğru gedir. Son günlərdə koronaviruslu xəstələrin müalicəsi üçün açılan modul tipli xəstəxanalar Sizin vətəndaşlarımızın sağlamlığına nə qədər dəyər verdiyinizin və xalqımızı qoruduğunuzun nümunəsidir.

Cənab Prezident, Siz hər bir addımınızla xalqımızın yanında olduğunuzu sübut edir və hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha təsdiqləyirsiniz. Azərbaycan xalqının rifahı, ölkəmizin inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyünüz işlərdə Sizə müvəffəqiyyətlər arzu edir, dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirərək Allahdan Sizə möhkəm cansağlığı arzulayırıq”.

Larisa Ağayevadan, Abşeron, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı hadisələrin gedişatını təsəvvür etmək belə istəməzdim.

Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz.

Mən və həyat yoldaşım koronovirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik.

Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır.

Biz artıq Sizin sayənizdə sağalaraq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
715

Son xəbərlər

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:28
Bütün xəbərlər