Deputat: “Azərbaycan əleyhinə danışan azərbaycanlılar vətən xainidir, bunun başqa adı yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan əleyhinə danışan azərbaycanlılar vətən xainidir, bunun başqa adı yoxdur”

17:03 - 29 / 07 / 2020
Deputat: “Azərbaycan əleyhinə danışan azərbaycanlılar vətən xainidir, bunun başqa adı yoxdur”

“Azərbaycanın son dövrlər artan nüfuzu, imicinin möhkəmlənməsi, daxildə və xaricdə stabil vəziyyət, ölkə rəhbərinin bütün proseslərə nəzarət etməsi sapı özümüzdən olan baltaları oynadan bir çox dairələri və qüvvələri ciddi surətdə narahat etməkdədir”.

Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. Deputat bildirib ki, ona görə də bu narahatlıq əsasında da 12 iyul tarixindən etibarən Ermənistanın ordu birləşmələri tərəfindən Tovuz istiqamətində təxribatlarından sonra, hansı ki, bütün vətəndaşlarımız həm ölkə daxilində, həm ölkə xaricində yumruq kimi birləşdilər, ölkə xaricinə qaçıb getmiş və bir çox orqanlara yaltaqlıqla xidmət edən insanlar, içində də Sevinc Osmanqızı, Rəsul Quliyev, Orduxan, Vidadi İsgəndərli və adını müxalifət qoyan digərləri Azərbaycana qarşı kampaniyalar aparmağa başladılar:

“Biri deyir Azərbayan torpaqlarından bir hissəsini versin, o biri deyir ermənilərin nə günahı var, günah Azərbaycandadır. Yəni bu tip, məntiqsiz və heç bir reallığa uyğunlaşmayan açıqlamalar verən insanların azərbaycanlı olması ilə bağlı hər zaman şübhəm olub və fikrimcə, vətənini sevən hər bir azərbaycanlıda bu şübhələr var. Ona görə də bu ünsürlərin hər birinə baxanda bunlara bir ad qoya bilərik - 5-ci kolon. Bunlar vətənini satmağa hazır olan və bununla bağlı bir-biri ilə yarış keçirənlərdir. Ümumiyyətlə, ölkəmizə və  dövlətimizə arxa çevirən, şəxsi maraqlarının, köləliklərinin qarşılığında onlara 3-5 qəpik verənlərin sifarişlərini həyata keçirənlər bizim millətdən deyillər. Azərbaycan hüquqi dövlətdir, ümumiyyətlə, beynəlxalq hüquq normalarına diqqət etsək görərik ki, bizim son dövrlər diaspor təşkilatlarımızın diplomatik korpuslarla birlikdə keçirmiş olduqları həmrəylik aksiyaları qanun çərçivəsindən heç bir şəkildə kənara çıxmayıb”.

R.Həsənin sözlərinə görə,hücum edən yox, hücuma, təxribata məruz qalan Azərbaycandır:

“Amma buna baxmaraq Qənimət Zahid, Sevic Osmanqızı kimi insanlar Azərbaycan əleyhinə ermənilərin dəyirmanına su tökəcək fikirlər ifadə edirlər. Onların səsləndirdiyi fikirlər heç bir reallıqla, həqiqətlə üst-üstə düşmür. Ona görə də canında, qanında Qarabağ həsrəti olan, ölkəsinin birlik və bütövlüyünü istəyən hər bir vətəndaşımız aydın şəkildə fikirlərini ifadə etməli və Azərbaycan əleyhinə danışanların cavabını beynəlxalq hüquq normaları çərçivəsində verməlidirlər. Azərbaycan əleyhinə danışan azərbaycanlılar vətən xainidir, bunun başqa adı yoxdur”.

Qafar Ağayev

Paylaş:
1033

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər