Deputat:  Bu, Azərbaycanın haqlı və əsaslı mövqeyini, etirazını, yanaşmasını növbəti dəfə ifadə edən, əks etdirən bəyanatdır | 1news.az | Xəbərlər
Siyasət

Deputat:  Bu, Azərbaycanın haqlı və əsaslı mövqeyini, etirazını, yanaşmasını növbəti dəfə ifadə edən, əks etdirən bəyanatdır

17:57 - 25 / 09 / 2020
Deputat:  Bu, Azərbaycanın haqlı və əsaslı mövqeyini, etirazını, yanaşmasını növbəti dəfə ifadə edən, əks etdirən bəyanatdır

"Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı bu fikirləri bu gün - sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirib. Növbəti kəskin, haqlı bəyanat, sərt mesaj, xəbərdarlıqdır. Son illərin, son ayların ardıcıl, bir-biri ilə sıx bağlılğı olan, Azərbaycanın haqlı və əsaslı mövqeyini, etirazını, yanaşmasını növbəti dəfə ifadə edən, əks etdirən bəyanatdır. Həm işğalçıya, həm onun havadarlarına, həm də susqunluğu, səssisliyi, seyrçiliyi ilə işğalı, təcavüzü görməzdən gəlməyə çalışan, təcavüzkara "dur" deməyən, demək istəməyən beynəlxalq birliyə ünvanlanan çağırış, ismarıcdır. Yetər artıq! Səssiz qalmayın, susmayın, sözdən, bəyanatdan, çağırışdan konkret əmələ, fəaliyyətə keçin, işğalçını cəzalandırın, işğaldan çəkindirin, deməkdir. Hər kəsə-işğalçı, təcavüzkar da daxil olmaqla, fikirləşmək, düşünmək, dərs, nəticə çıxarmaq, ibrət götürmək və nəhayət, obyektiv qərar qəbul etmək üçün verilən son şans, son imkan, son fürsətdir. Seçim onlarındır, biz seçimimizi etmişik və etməkdən də çəkinməyəcəyik. Kimsə də əsla və əsla bizə əngəl, maneə ola bilməz və zatən ola bilməyəcək. Dövlət başçısı çox haqlı olaraq deyir, sual edir və sualına cavab verilməsini istəyir, eyni zamanda, nə cavab veriləcəyini əvvəlcədən bildiyi, təxmin etdiyi üçün sərt mövqeyini ortaya qoyur.

Sitat: "İyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək üçün göndərilmişdir. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək".

Bəli, dövlət başçımızın da qeyd etdiyi kimi, onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır. Bu yerdə onu da xatırladaq ki, bir müddət öncə separatçı, qondarma, quldur "DQR" rejimi tərəfindən iki (həm də növbəti) dəfə açıq-aşkar təxribata əl atıldı, birbaşa Ermənistanın, Paşinyanın və onların arxasında dayananların əmri, dirijor çubuğu ilə. Təxribatın biri qondarma "DQR"-də növbəti saxta, qanunsuz "seçki şousu"nun keçirilməsi, digəri isə Azərbaycanın ürəyi, canı olan qədim Şuşamızda, Şuşa Qalasında "andiçmə məsarsimi-maskaradı"nın təşkil edilməsi idi. İndi Ermənistanın və havadarlarının qanlı əlləri ilə növbəti təxribat planının, ssenarisinin gerçəkləşdirilməsinə baş vurmaq, quldur rejimin "parlamenti"ni Şuşaya köçürmək, orada "fəaliyyət" göstərmək istəyirlər. Qətiyyən, qəbuledilməz və yolverilməzdir. Azərbaycan xalqının növbəti dəfə hissləri, heysiyyətı ilə bilərəkdən oynamaq, növbəti təxribat yaratmaq deməkdir. Dövlət başçısı bu məsələyə də haqlı və kəskin şəkildə toxunaraq deyir: "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur".

Bəli, Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Dövlət başçımızın da bildirdiyi kimi, biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər. Və...yazının da əvvəlində qeyd etdiyimiz kimi, Ali Baş Komandanımız Avropa İttifaqı, Avropa Komissiyası başda olmaqla, bütün beynəlxalq qurumlara, beynəlxalq missiyalara, həmsədrlərə açıq və birmənalı xəbərdarlığını edir: "Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm...". Bəli, biz dövlət, xalq olaraq Ali Baş Komandanımızın timsalında öz mövqeyimizi, Qarabağımızdan, bir qarış torpağımızdan keçməyəcəyimizi, əl çəkməyəcəyimizi, bu məsələdə güzəşt olmadığını və olmayacağını, buna yönələn cəhdlərin isə cavabının nə ilə veriləcəyini birmənalı şəkildə və növbəti dəfə ortaya qoyduq, nümayiş etdirdik. Bu, təkcə söz və ya bəyanat naminə bəyanat, pafos deyil, bu, əsl iradə, əsl gerçəklikdir. Düşünməsi, ağıllı və obyektiv qərar verməsi lazım olanlar bir daha düşünsünlər. Zaman, vaxt, vəziyyət onların ziyanına, bizim xeyirimizə işləyir. Bunu görmək, bilmək üçün heç də böyük ağıl və ya böyük siyasətçi olmaq tələb olunmur. Arif olana bir işarə də bəs edər deyib atalarımız...Amma... Əlbəttə ku, arif olana!


Jalə ƏLİYEVA,

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin Sədr Müavini

Paylaş:
636

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər