AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb – FOTO

11:14 - 21 / 11 / 2019
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.

Sərgidə “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan nümayəndə heyəti “Boeing” şirkətinin rəhbərliyi ilə uzaq magistrallı “Boeing 787 Dreamliner” təyyarələrinin təchizatı ilə bağlı görüşüb. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.

Sərgi çərçivəsində Eldar Hacıyev “Airbus” konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşüb. Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. “Airbus” şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb.

Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilib – əməliyyat və maliyyə lizinqi.

Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların “FlightSafety International” kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılıb. Milli Aviasiya Akademiyası üçün “Embraer E190-E1” aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq.

Məlumata görə, AZAL-ın nümayəndə heyəti Dubayda “GE Aviation” şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə də danışıqlar aparıb. “GE Aviation” müxtəlif modifikasiyalı, həmçinin “Azərbaycan Hava Yolları”nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır.

Aviaşouda mühüm hadisələrdən biri də “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS)  direktoru Fərhan Quliyev və Macarıstan aeronaviqasiyası “HungaroControl”un icraçı direktoru Kornel Szepessy arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaq ilə rəqəmsal magistralın yaradılması haqqında müqavilənin imzalanması olub. İmzalanan saziş Avropa Birliyi ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək.

Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək. Hələ 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən “Digital Transformation Day” konfransı zamanı AZANS və “HungaroControl” belə sistemlərin hava naviqasiyası sahəsindəki texnoloji inqilabın əsasını təmin edəcəyini bildirmişdilər.

“Al Heya Holding”in prezidenti Abdulla Əl-Mansuri (Abdullah Al Mansoori), Avstriyanın tikinti korporasiyası “Waagner-Biro”nun sahibi və icraçı direktoru Yoqan Sişka (Johann Sischka) ilə geniş görüş keçirilib. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilib.

Avstriyanın “Frequentis” şirkətinin prezidenti Norbert Haslaher (Norbert Haslacher) ilə görüşdə isə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilib. “Frequentis” texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.

S.Xankişiyeva

Paylaş:
744

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23
Bütün xəbərlər