Ekspertlərdən ucuz smartfonların təhlükəsi barədə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspertlərdən ucuz smartfonların təhlükəsi barədə XƏBƏRDARLIQ

17:26 - 21 / 11 / 2019
Ekspertlərdən ucuz smartfonların təhlükəsi barədə XƏBƏRDARLIQ

"Kryptowire" şirkətinin mütəxəssisləri "Android" mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda 146 yeni boşluq aşkar ediblər. Bu haqda "Wired" portalı yazıb.

1news.az ictnews.az-a istinadən bildirir ki, "Kryptowire" şirkəti 29 istehsalçının smartfonu üzərində genişmiqyaslı yoxlama aparıb və məlum olub ki, öncədən quraşdırılmış proqramlarda 146 boşluq mövcuddur.
 
Məlumata görə, bu boşluqlar hakerlər tərəfindən məlumatların oğurlanması və başqa zərərverici fəaliyyət məqsədilə istifadə edilə bilər. Məsələn, həmin boşluqların köməyi ilə cinayətkarlar mikrofona müdaxilə edərək cihazın sahibinin danışığını dinləyə, hətta smartfon sisteminə hüquq əldə edə bilər.
 
"Öncədən quraşdırılmış proqramların kodu sistemdə gizlədildiyinə görə istifadəçi funksionallığı pozan mobil proqramı silmək üçün heç nə edə bilmir" - "Kryptowire" şirkətinin baş direktoru Anqelos Stavru izah edib.
 
Onun sözlərinə görə, istehsalçılar ucuz qurğular hazırlamaq üçün proqram təminatının keyfiyyət standartlarını aşağı salmalı olurlar ki, bu da son nəticədə istifadəçini təhlükə qarşısında qoyur.

1news.az

Paylaş:
513

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər