Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır

21:16 - 04 / 06 / 2020
Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır

Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş, Njde ləqəbi ilə tanınmış Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasıdır.

Deputat qeyd edib ki, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

“Təəssüf ki, Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Prezidentimizin qeyd etdiyi kimi, vaxtilə Ermənistanın Tərtər şəhərində, Ağdamın kəndlərində dinc əhalini bombalaması faşizmin təzahürüdür. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşist Njdeyə 6 metrlik abidə ucaldırlar. Bugünkü Ermənistan rəhbərliyi faşist Njdeni “qəhrəman” kimi təqdim edir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır”, - deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
963

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər