“Gənclik” stansiyasında “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” sərgisi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənclik” stansiyasında “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” sərgisi keçirilib – FOTO

11:56 - 07 / 11 / 2019
“Gənclik” stansiyasında “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” sərgisi keçirilib – FOTO

Parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” stansiyasında keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Unibankın rəsmi nümayəndələri iştirak ediblər.

Sərgini açıq elan edən mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov tamaşaçıları salamlayaraq Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresə söz verib. Səfir Azərbaycan və Meksika arasındakı mədəni əlaqələrin inkişafına toxunaraq, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş sərgilərdə Meksika rəssamlıq nümunələrinin nəinki Bakı, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb.  “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin də metro keçidlərində təşkil edilməsinin əsas məqsədinin bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara da dərin təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Əbubəkirov öz çıxışında bu sərgidə tamaşaçılara təqdim olunmuş Dieqo Rivera və Frida Kalonun 90-dan artıq əsərlərinin seçilməsində nazirlik əməkdaşlarının da yaxından iştirak etdiyini xüsusi olaraq vurğulayıb, həmçinin belə sosialyönümlü layihələrin Bakı metropoliteni tərəfindən təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib.

Daha sonra tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov Meksikanın görkəmli incəsənət nümayəndələrinin sərgisinin məhz Bakı metropolitenində keçirilməsinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. H. Məmmədov öz çıxışında onu da xüsusi olaraq vurğuladı ki, sərnişin axınının sıx olduğu metropolitendə belə bir sosialyönümlü layihənin keçirilməsi incəsənət və mədəniyyətin təbliği baxımından əhəmiyyətli addımdır.

Tədbirdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov öz çıxışında bildirdi ki, paytaxt sakinlərinin bu nadir sənət inciləri ilə məhz metro stansiyanın keçidlərində tanış olmağın onlar üçün əla fürsət olduğunu qeyd edərək, təşkilatçılara öz təşəkkürünü bildirib.

Unibankın nümayəndəsi öz çıxışında ölkə mədəniyyətinin günü-gündən daha da inkişaf etdiyini və bu zəmində, layihənin əsas məqsədinin möhtəşəm cütlüyün əvəzolunmaz sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, incəsənət üçün metroya enənlərin sayının daha çox olacağını vurğulayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu layihənin QSC-nin sosialyönümlü layihələrinin tərkib hissəsi olmaqla yanaşı, metro sərnişinlərinə ilk ictimai töhfəsi olduğunu da sərgi iştirakçılarının diqqətinə çatdırıb. B.Məmmədov onu da vurğulayıb ki, bu sərginin əsas məqsədi stansiya keçidlərindən istifadə edənləri, eləcə də sənətsevərləri  Dieqo Rivera və Frida Kalonun sənət əsərlərinin incəlikləri ilə yaxından tanış etməkdir. "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva açılış mərasimindən sonra sərgi ilə yaxından tanış olan iştirakçıların nəzərinə çatdırıb ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir. L.Babayeva onu da bildirib ki, sərginin nümayişi altı ay müddətində davam etdiriləcək.

Onu da xüsusi olaraq qeyd etməliyik ki, sərgi dünyada populyar Meksika milli musiqisi olan Mariaçi ilə müşayiət edilib. Tədbir mərasimə toplaşanların xoş ovqatlı söhbət və sənət inciləri ətrafında apardıqları müzakirələrlə davam edib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1245

Son xəbərlər

Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20
Bütün xəbərlər