ru

Cəmiyyət

29 May saat 18:33

İbrahim Məmmədov: İqtisadi artım bərpa olunsa da, özümüzü qorumalıyıq

İbrahim Məmmədov: İqtisadi artım bərpa olunsa da, özümüzü qorumalıyıq

Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, bəziləri hələ də qalmaqdadır.

Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda işçilər 100 faiz işə qaytarılır. Amma vətəndaşlar ehtiyatlı olmalıdırlar. Karantin rejimində iqtisadi artımlılıq bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, karantin rejiminin tələblərinə qapalı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində ciddi nəzarət ediləcək: "Bununla bağlı Nazirlər Kabineti yeni qərar imzalayıb. Xüsusi karantin qaydalarını pozmaq inzibati məsuliyyətdir. Hələlik bununla bağlı cərimələrin məbləği müzakirə edilir".

Qafar Ağayev 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur