ru

Türkiyə

16 Oktyabr saat 13:52

Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

Türkiyənin Meşəçilik və Əkinçilik Nazirliyi (Tarım ve Orman Bakanlığı) ölkənin ən böyük şəhərlərinin restoranlarında reydlər keçirib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bir çox restoran və kafelərdə həyata keçirilən araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb.

Nazirliyin yaydığı yekun reyddə qeyd edilir ki, bəzi obyektlər saxta məhsullardan istifadə edir, hətta müxtəlif restoranlar at və eşşək ətini müştərilərə mal əti adı ilə satır.

Məlumatda qeyd edilir ki, İstanbulun məşhur "Sultanahmet köftecisi" restoranı müştərilərini aldadaraq onlara eşşək əti yedizdirir.

1news.az

BÖLMƏDƏ YENİ

ƏN ÇOX OXUNANLAR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur