Milli jurnalistikamızın əfsanəsi televiziyaya qayıdır – VİDEO
Kinodramaturq, jurnalist, 90-cı illərin məşhur verilişlərindən biri – “Dalğa”nın müəllifi – Nadejda İsmayılova Azərbaycan televiziyasına qayıdır.
“Əfsanənin qayıdışı və ya Azərbaycan televiziyasında ümidin dirçəlişi. Əvəzolunmaz, sevimli Nadejda İsmayılova yenidən ekranlarda. AzTV-də çoxdankı istənilən arzunu həyata keçirmək mümkün olacaq. Parlaq gələcəyə ümidlə!” – bu haqda AzTV-nin bədii rəhbəri Ranar Musayev Facebook səhifəsində yazıb.
Öz növbəsində də Nadejda xanım televiziyaya qayıdışını belə şərh edib:
“Deyirlər, eyni çaya iki dəfə girmək olmaz, lakin mən üçüncü dəfə girməyə hazırlaşıram. Bilmirəm, alınacaqmı... çox həyəcanlıyam... xüsusilə də sevimli, unudulmaz, doğma sulara... “Ranar odasından” sonra ...”
Qeyd edək ki, bir müddət əvvəl Nadejda xanım 1news.az-a müsahibəsində sanki uzaqgörənlik etmişdi. Müasir televiziyanın problemləri ilə bağlı söhbət zamanı o, bu fikirləri səsləndirmişdi: “İnanıram ki, TV-nin “dünyaya baxan sehirli pəncərə” dövrü yenidən qayıdacaq...”
“Mənim üçün televiziya, AzTV – həyatımızı təsəvvür edə bilmədiyimiz milli tarixmizin bir hissəsidir. Bəli, biz gənc idik, mən o illəri doğmalıqla xatırlayıram. Ola bilsin ki, təqdim edəndən asılı olaraq televiziya pis və ya yaxşı ola bilər. Hesab edirəm ki, tamaşaçılar hər şeyin yaxşı olmasına kömək edə bilər”, - Nadejda xanım o zaman redaksiyamızda söyləmişdi.
1news.az bütün təbriklərə qoşularaq Nadejda xanımın sevincini bölüşür. İlk efiri səbrsizliklə gözləyirik!
Tərcümə: S.Xankişiyeva