Minsk qrupunun həmsədrləri görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Minsk qrupunun həmsədrləri görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdırlar

17:26 - 08 / 07 / 2020
Minsk qrupunun həmsədrləri görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdırlar

Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müəyyən dairələr Ermənistan haqqında “demokrat” obrazı yaratmağa çalışır. Bu isə yolverilməzdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 6-da yerli televiziyalara müsahibəsində qeyd etdiyi kimi, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil: “Dövlətimizin başçısı bildirib ki, Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.

Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Ermənistanın qeyri-konstruktivliyi o həddədir ki, Azərbaycan Prezidentinin koronavirusla mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxıb. Dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur”.

Deputat, həmçinin deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreşin arasında telefon danışığında da dövlətimizin başçısının təşəbbüsü yüksək dəyərləndirilib. Belə ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

BMT-nin Baş katibi Antonio Quterreş bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bu faktın özü Azərbaycanın təşəbbüsünə qarşı çıxanlara tutarlı cavabdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə S.Fətəliyeva qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi dəyişməzdir. “Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Ona görə də mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil. Prezident İlham Əliyev bir daha bəyan edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Azərbaycan danışıqlar prosesinin imitasiya xatirinə aparılmasını qəbul etmir. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Prezidentin dediyi kimi, əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri bütün bunlardan nəticə çıxarmalı, görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdır”, - deyə deputat vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
711

Son xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17
Bütün xəbərlər