Pişikləri yığan qadın: Dönər edib, suriyalılara satıram - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Pişikləri yığan qadın: Dönər edib, suriyalılara satıram - VİDEO

10:22 - 19 / 09 / 2018
Pişikləri yığan qadın: Dönər edib, suriyalılara satıram - VİDEO

İstanbulda küçə pişiklərini yığaraq avtomobillə naməlum istiqamətə aparan qadın məhəllə sakinlərini ayağa qaldırıb.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar qadından pişikləri hara apardığını soruşublar.

Qadının cavabı isə hər kəsi təəccübləndirib: “Mən sizə hesabmı verəcəm? Dönər hazırlayıb, suriyalılara satıram".

Onun kimliyini soruşduqda isə,  gah bələdiyyədə çalışdığını,  gah da ingilis dili müəlliməsi olduğunu deyib. Ondan sənəd istəyəndə isə yayınıb.

Sakinlərin iddiasına görə, qadın pişikləri tor vasitəsilə yığaraq  başqa bir yerə aparır və onlara işgəncə verir.

1news.az

Paylaş:
5008

Son xəbərlər

Bütün xəbərlər