ru

Futbol

31 Oktyabr saat 16:02

Qadın hakim əvvəl sarı vərəqə göstərdi, sonra selfi çəkdi – VİDEO

Qadın hakim əvvəl sarı vərəqə göstərdi, sonra selfi çəkdi – VİDEO

İsrail və braziliyalı veteran futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.

Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.

Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəlib. Qolları Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur