“Qara bazar” və Mxitaryan: azərbaycanlılara təhqir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qara bazar” və Mxitaryan: azərbaycanlılara təhqir

12:45 - 04 / 07 / 2020
“Qara bazar” və Mxitaryan: azərbaycanlılara təhqir

Dövlət tərəfindən qanunsuz mərc oyunlarına qarşı ciddi mübarizə aparılmağına baxmayaraq müntəzəm olaraq Bakıda və regionlarda qanunsuz fəaliyyət göstərən oyun yerləri aşkarlanır.

“Qara bazar” iştirakçılarının qanunu pozması, dövlət büdcəsinə zərbə vurması məlum bir faktdır. Bununla birlikdə, onlar mənfəət əldə etmək üçün bütün mənəvi dəyərləri tapdalamağa hazırdırlar, bu isə tamamilə qəbuledilməzdir. Erməni futbolçu H. Mxitaryanın şəklini Azərbaycan oyunçuları üçün hazırlanmış reklam üzərində yerləşdirmək bütün mənəvi qaydalara tam etinasızlıq, hər bir azərbaycanlı üçün, həm də bütövlükdə Azərbaycan xalqı üçün birbaşa təhqirdir.

Bununla əlaqədar bir çox suallar yaranır: bu cür reklamın arxasında kim dayanır, hansı məqsəd güdülür və qanunsuz olaraq qazanılan pullar hara yönəldilir? Bəlkə qanunsuz oyunlardan qazanılan vəsait bilavasitə ermənilərin əlinə düşür? Axı erməni futbolçusunu tanıtmaq daha kimə maraqlı və sərfəlidir?

“Qara bazar”da dövr edən küllü miqdarda pullar büdcədən kənarda qalır. Bugünkü çətin vəziyyətdə dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin tam potensialının səfərbər olunması tələb olunur. Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı ümumi vəziyyəti da ağırlaşdırır. Çünki leqal mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Qeyri-qanuni saytlara üz tutan mərc gələnlər aldadılma riskinə məruz qalır. Bir çox hallarda fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.

Cəmiyyət bu kimi hadisələrə reaksiya verməyi və onlara münasibət bildirməyi öyrənməlidir. Belə qanunsuz təşkilatları boykot və tənqid etməklə bu kimi neqativ hallarla mübarizə apara bilərik.

Reklam hüququnda

Paylaş:
710

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər