ru

Azərbaycan futbolu

4 Oktyabr saat 09:24

“Qarabağ”ın oyununda erməni təxribatı – VİDEO

“Qarabağ”ın oyununda erməni təxribatı – VİDEO

Lüksemburqda “Qarabağ” növbəti dəfə erməni təxribatı ilə üzləşib.

1news.az xəbər verir ki, bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la oyununda baş verib.

Görüşün 31-ci dəqiqəsində komandamızın ikinci qolundan sonra separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla meydançanın üzərinə qaldırılıb. “Qarabağ” futbolçuları buna kəskin etirazını bildirdikdən sonra görüşün baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.

Hadisədən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.

“Qarabağ”ın azarkeşləri ermənilərin təxribatına kəskin etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb. Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb.

Oyunda diqqət çəkən başqa bir məqam isə komandamızın üzvü Qara Qarayevin topla dronu vurmağa çalışması olub.

Lüksemburqun idman naziri stadionun tribunasından baş verənləri təxribat adlandırıb və azarkeşlərdən üzr istəyib.

Ermənilərə ən gözəl cavab isə komandamızın rəqibə 4:1 hesabı ilə qalib gəlməsi olub.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur