Şəki Regional Debat Mərkəzinin 7 illiyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki Regional Debat Mərkəzinin 7 illiyi qeyd olunub – FOTO

13:00 - 06 / 11 / 2019
Şəki Regional Debat Mərkəzinin 7 illiyi qeyd olunub – FOTO

Noyabrın 3-də Şəki Olimpik Oteldə Şəki Regional Debat Mərkəzinin fəaliyyətinin 7-ci ilinə həsr olunan hesabat konfransı və “Şəki Gəncliyinin Dostu – 2019”-un təqdimat mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, YAP Şəki Gənclər Təşkilatının sədri Ziyad Əliəkbərli, Şəki şəhər Təhsil Şöbəsi, Məram Gənclik İnkişaf Mərkəzi, Şəki Dövlət Regional kolleci, Şəki şəhər 10 saylı məktəb, Azərbaycan Skautlar Şəki Təşkilatının nümayəndələri və bir çox qonaqlar iştirak edib.

Tədbirdə son bir il ərzində keçirilən daxili turnir, forum, təlimlər barədə hesabat video-çarx nümayiş olunub. Həmçinin Şəki Regional Debat Mərkəzinin fəaliyyətini dəstəkləyən qurumlar mükafatlandırılıb.

Milli Debat Proqramı Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 45.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir. Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il mütamadi olaraq həyata keçirilən “Respublika Gənclər Debat Forumu” Respublikanın paytaxtı Bakı şəhərini və 13 regionunu (Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Qazax, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərləri) əhatə edir.

S.Xankişiyeva

Paylaş:
2910

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər