“Sobsan” boya fabrikində güclü yanğın başlayıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sobsan” boya fabrikində güclü yanğın başlayıb - FOTO - VİDEO

21:46 - 04 / 07 / 2020
“Sobsan” boya fabrikində güclü yanğın başlayıb - FOTO - VİDEO

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində yanğın başlayıb. 

1news.az-ın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

Hazırda "Sobsan" boya fabrikində yanğın partlayışla davam edir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadsı göndərilib. TƏBİB-dən verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadsına müraciət edən olmayıb.

1news.az

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər