Xəzərdə suyun səviyyəsi azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə suyun səviyyəsi azalıb

17:48 - 11 / 08 / 2020
Xəzərdə suyun səviyyəsi azalıb

Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 3-4 santimetr azalıb.

1news.az Trend-ə istinadən bildirir ki, bunu İranın Milli Okeanoqrafiya və Atmosferik Elmləri İnstitutunun direktor müavini Həmid Əlizadə deyib.

H.Əlizadənin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi dənizə daxil olan suyun azalması və buxarlanmanın çox olmasıdır.

O əlavə edib ki, suyu Xəzər dənizinə tökülən çaylar arasında Volqa çayı əsas təminatçıdır:

"Volqa çayının suyu çox olduğu vaxtlarda ildə 300 milyard kubmetrdən çox su Xəzər dənizinə tökülür. Çayın suyu az olduğu vaxtlarda isə onun yarısı dənizə daxil olur".

H.Əlizadə bildirib ki, Volqa çayı ilə müqayisədə digər çayların rolu o qədər də böyük deyil:

"Xəzər dənizində səviyyənin azalmasına təbii amillərin artdığı və iqlim dəyişikliyinin səbəb olduğunu nəzərə alaraq, dənizdə suyun həcminin qorunması üçün ən yaxşı yol insan amilinin azaldılmasıdır", - o qeyd edib.

İnstitut rəsmisi deyib ki, Xəzər dənizinin suyundan istifadədə insan amili 10 il müddətinə azaldılarsa və istifadə 100 il öncəki səviyyədə qalarsa, dənizin səviyyəsi təxminən 1 metr artar.

1news.az

Paylaş:
606

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər