Yeni batareya texnologiyası gəlir: Qrafen Batareyalar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni batareya texnologiyası gəlir: Qrafen Batareyalar

16:59 - 24 / 01 / 2020
Yeni batareya texnologiyası gəlir: Qrafen Batareyalar

Bildiyiniz kimi telefonlarda, notbuklarda və s. digər elektronik cihazlarda Li-ion və Li-Po batareyalar istifadə olunur.

Hal-hazırda istehsalçılar batareyaların ölçülərini artıraraq tutumlarını artırmağa çalışırlar, lakin bu halda daha çox yer lazım olduğu üçün cihazlar qalınlaşır. Ona görə də yeni texnologiyaya keçməyin zamanı gəldi. Qrafen maddədən hazırlanan yeni batareyalar daha sürətli şarj olur və daha çox enerji saxlayır.

ABŞ mənşəli bir firma Qrafen batareyaları satışa çıxarmağa hazırlaşır.

Real Graphene adlı şirkət yaxında batareya bazarına girəcəyini açıqladı. Qeyd olunan məlumata görə artıq bir çox şirkət bu batareyaları test etmiş və müsbət nəticələr əldə ediblər.  Qrafen texnologiyasında batareyalar daha sürətli şarj olur və daha çox enerji saxlaya bilirlər. Şirkət CEO-su olan Samuel Gong-un dediklərinə görə 3000 mAh həcmində batareya 0%-dən 100%-ə qədər sadəcə 20 dəqiqədə dola bilir. Bu standart Li-ion batareyalarda təxmini 70-90 dəqiqə arası olur.

Digər önəmli məsələ isə bu batareyaların daha uzun ömürlü olmasıdır. Hal-hazırki batareyaların ömürləri 300-500 dəfə şarj olunma qabilliyyəti arasında dəyişir. Qrafen batareyalarda isə bu 1500 dəfədən daha çox olur. Aradakı fərqi düşünə bilirsinizmi? Digər tərəfdən bu qədər sürətli dolmalarına baxmayaraq Li-ion batareyalar nəzərən çox daha az qızırlar. Mənfi cəhət olaraq isə bundan bəhs edə bilərik ki, Qrafen maddəsi istehsalı bahalı olan bir maddədir. Qrafen-dən hazırlanmış bir batareya qatı özü təkcə 25 dollara hazırlanır. 1 kq Qrafenin öz qiyməti isə 300 min dollardır. Hər batareyada çox az Qrafenin istifadə ediləcəyi planlansa da bu texnologiya elektronik cihazların qiymətini artıracaqdır.

1news.az

Paylaş:
1220

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər