142 - Çağrı Mərkəzinə 6 saatda bu qədər müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

142 - Çağrı Mərkəzinə 6 saatda bu qədər müraciət olub

17:03 - 26 / 03 / 2020
142 - Çağrı Mərkəzinə 6 saatda bu qədər müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son 6 saat ərzində Çağrı mərkəzinə 1700-dən çox, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 300 müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.

Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 60 operator zəngləri cavablandırmaqla məşğuldur.

Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.

1news.az

Paylaş:
866

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər