Bakıda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil edilib
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirib.
Layihə xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.


58












