Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd İqbal Ağazadənin şikayətini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd İqbal Ağazadənin şikayətini müzakirə edib

17:16 - 10 / 11 / 2015
Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd İqbal Ağazadənin şikayətini müzakirə edib

Noyabrın 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) Məzahir Pənahovun sədrliyi ilə növbəti iclas keçirilib.

1news.az-ın verdiyi məlumata görə, iclasda cari ilin 5 noyabr tarixli protokolu təsdiq edilib. 

Eyni zamanda iclasda noyabrın 1-də keçirilən seçkilərlə bağlıMSK-ya daxil olan müraciətlər müzakirə olunub.

İclasda çıxış edən MSK-nın üzvü Ramiz İbrahimov qeyd edib ki, seçkilərin saxtalaşdırılması ilə əlaqədar olaraq komissiyaya 35-ci seçki dairəsindən “Ümid” partiyasının sədri İqbal Ağazadənın səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə müraciət edərək bir sıra seçki məntəqələrinin nəticələrinin ləğv edilməsilə bağlı şikayətini bildirib.

“Araşdırmalardan sonra 21-ci seçki dairəsinin nəticələri ləğv olunub”, - o, deyib.

R.İbrahimov əlavə edib ki, deputatlığa namizəd İqbal Ağazadə məhkəməyə müraciət etmək hüququndan yararlanacaq.

Qeyd etmək lazımdır ki, araşdırmanın nəticələri səsvermənin ilkin nəticəsinə təsir etməyib.

Xatırladaq ki, bu seçki dairəsində səsvermənin nəticələrinə əsasən Sosial Demokrat Partiyasının sədri Araz Ağazadə səsçoxluğu toplayaraq qalib gəlib.

Elşən Rüstəmov

Paylaş:
897

Son xəbərlər

Bütün xəbərlər