Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı keçirilir
Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı öz işinə başlayıb.
1news.az-ın məlumatına görə, “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun yaranmasının 70-ci ildönümünə həsr edilib.
UNESCO-nun dəstəyi ilə təşkil olunan konfransda Avropa, Asiya və Afrikanın 10-dan artıq ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.
Qeyd edək ki, noyabrın 14-də başa çatacaq konfransın yekununda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
1news.az