Paytaxt yollarında 190 nəfər sərnişin tutumu olan avtobuslar istifadəyə veriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Paytaxt yollarında 190 nəfər sərnişin tutumu olan avtobuslar istifadəyə veriləcək

15:35 - 22 / 11 / 2015
Paytaxt yollarında 190 nəfər sərnişin tutumu olan avtobuslar istifadəyə veriləcək

Bakı şəhərində sərnişin daşımaçılığı ilə məşğul olan "BakuBus" MMC paytaxta yeni və daha iritutumlu sərnişin avtobusu gətirib.

1news.az "Report"a istinadən  xəbər verir ki, bu yeni nəqliyyat vasitəsinin uzunluğu təxminən 18 metrdir. Yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir. O, paytaxtda 1 nömrəli marşrut xəttinə sınağa çıxarılıb

Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.

1news.az

 

Paylaş:
1236

Son xəbərlər

Bütün xəbərlər