Baş nazirin müavini: "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur" | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazirin müavini: "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur"

11:38 - 21 / 11 / 2015
Baş nazirin müavini: "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur"

"Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur. Bununla bağlı işlər aparılır".

"Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, tərkib baxımından deyil, ad baxımından söhbət gedir".

1news.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin və baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, hazırda tapılmayan dərmanlar əslində tərkibi eyni olsa da, apteklərdə başqa adla satılır: "Bir tərkibdə müxtəlif adlarda dərmanlar var. Sadəcə, ayrı-ayrı dərman firmalarının olduğundan adları fərqlidir. İnsanlar müəyyən dərman adlarına öyrəşiblər, digər adlara isə ehtiyatla yanaşırlar. Demək istəyirəm ki, lazımi dərman preparatları apteklərdə var. Adla bağlı problem getdikcə aradan qalxacaq. İnsanlar dərmanların qiymətinin aşağı düşməsindən məmnundurlar".

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər