AZAL Dubaya loukost reyslərin dayandırılmasının səbəbini açıqladı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Dubaydan Bakıya aşağı büdcəli uçuşları dayandırması ilin bu mövsümündə həmin istiqamətdə tələbatın azalması ilə bağlıdır.
Bu haqda 1news.az Trend-ə istinad edərək xəbər verir.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, böyük sərnişin axınının olduğu Yeni ildə loukost reys bərpa ediləcək.
“Bakı-Dubay marşrutu üzrə adi reyslər normal rejimdə həyata keçirilir”, - P.Kəsəmənski qeyd edib.
1news.az
718