Bakıda ISESCO-nun iclası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ISESCO-nun iclası keçirilir

11:53 - 23 / 11 / 2015
Bakıda ISESCO-nun iclası keçirilir

Bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası öz işinə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, iclas “Quran” ayəsinin oxunması ilə başlayıb. 

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ISESCO İcraiyyə Şurasının sədri Boubakar Doukore və ISESCO-nun baş direktoru Əbdüləziz Osman iştirak edir. 

İSESCO-nun İcraiyyə Şurası Asiya, Afrika və ərəb dünyasını əhatə edən 52 üzv dövlətin nümayəndələrindən ibarət olmaqla, ildə bir dəfə toplantı keçirir.

Noyabrın 26-27-də isə Bakıda İSESCO-nun XII Baş Konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən  ISESCO-nun üzvüdür.

1news.az

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər