Dünya bazarında qızıl və avro ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında qızıl və avro ucuzlaşıb

09:57 - 24 / 11 / 2015
Dünya bazarında qızıl və avro ucuzlaşıb

Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% ucuzlaşaraq 17 792,68 bənd, S&P 500 0,12% geriləyərək 2 086,59 bənd, Nasdaq isə 0,05% ucuzlaşaraq 5 102,92 bənd təşkil edib.

1news.az "Report"a istinadən  xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% ucuzlaşaraq 6 305,49 bənd, Fransa CAC-40-ı 0,44% ucuzlaşaraq 4 889,12 bənd, Almaniya DAX-ı isə 0,25% geriləyərək 11 092,31 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% azalaraq 1 070,60 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0623 (-0,22%) təşkil edib.

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər