“Azadlıq Prospekti” stansiyasında çatlar əmələ gəlib
Metronun “Azadlıq Prospekti” stansiyasının divarında bir neçə yerdə çat əmələ gəlib.
1news.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, bu, təkcə Bakı metrosunda baş verən hadisə deyil, təbiət hadisəsi kimi dünyanın hər yerində olur:
“Ümumiyyətcə o, çat deyil. “Azadlıq Prospekti” stansiyası dayaz özüllü stansiyadır, normadan artıq yağış yağanda su yerə hopur, mütləqdir ki, harasa axsın, o da aşağıda stansiya olduğu üçün yol tapıb damma əmələ gətirir. Ancaq işçilərin səyi nəticəsində yaranmış vəziyyət aradan qaldırılır və çatlar təmir edilir”.
N.Paşayev qeyd edib ki, sözügedən stansiyada yaranmış vəziyyət sərnişinlərin həyatı üçün heç bir təhlükə daşımır.
1news.az