Baş Prokurorluq saytlara xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq saytlara xəbərdarlıq etdi

16:11 - 23 / 11 / 2015
Baş Prokurorluq saytlara xəbərdarlıq etdi

Baş Prokurorluq qanunvericiliyi pozan bəzi saytlara xəbərdarlıq edib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Prokururluğun yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Azərbaycanın Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq ediliblər.

1news.az

 

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər