Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaq

11:34 - 30 / 11 / 2015
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaq

Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın ən böyük və nüfuzlu nəqliyyat və logistika operatorlarının nümayəndələri İstanbulda görüşüb.

1news.az "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər malların Çindən Avropaya daşınması məqsədilə konsorsium yaradılması barədə razılığa gəlib.

Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan "Logitrans" çərçivəsində İstanbulda təşkil edilən "Çin-Türkiyə-Avropa" Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.

Konsorsiumun təsisçisi olmağa Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, "KTJ ekspress" ("Qazaxıstan Dəmir Yolları"nın "qız" şirkəti - Report), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycanın "Karvan Logistics" şirkəti, eləcə də "Trans Caucasus Terminals" ("Gürcüstan Dəmir Yolları"nın "qız" şirkəti - Report) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.

Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər