Azad Rəhimov Azərbaycanla Çexiya arasında əlaqələrin inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov Azərbaycanla Çexiya arasında əlaqələrin inkişafını müzakirə edib

09:53 - 20 / 11 / 2015
Azad Rəhimov Azərbaycanla Çexiya arasında əlaqələrin inkişafını müzakirə edib

Çexiyada rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüşüb.

Sportbox.az-ın məlumatına görə, Çexiya Parlamentinin binasında baş tutan görüşdə çexiyalı nazir A.Rəhimovu salamladıqdan sonra, Avropa oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib.

Hər iki ölkənin naziri öz ölkələrinin idman  və gənclər siyasəti, bu sahələrdə  həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

Nazir K.Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkənizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlıq üçün Azərbaycana təşəkkür eedib.

Görüşün sonunda A.Rəhimov və K.Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar.

Qeyd edək ki, A.Rəhimov Çexiyaya Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün yollanıb.

Sportbox.az

Paylaş:
1290

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər