Azərbaycan idmançısı dünya çempionatında Qazaxıstanı təmsil edəcək
Bu gün ABŞ-ın Hyuston şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə dünya çempionatına start veriləcək.
Sportbox.az-ın məlumatına görə, noyabrın 28-də başa çatacaq və Rio Olimpiadasına lisenziya verən yarışda Azərbaycan idmançıları da güclərini sınayacaqlar.
Həmyerlimiz Nicat Rəhimov (77kq) isə mötəbər turnirdə Qazaxıstan yığmasını təmsil edəcək.
Qeyd edək ki, 22 yaşlı Rəhimov yığmamızın tərkibində 2010-cu ildə yeniyetmələr arasında keçirilən Olimpiadanın qalibi olub, 2013-cü ildə gənclər arasında keçirilən dünya çempionatının isə gümüş medalını qazanıb.
Yeni komandasında bu il Çində keçirilən Qran-pri yarışlarında debüt edən həmyerlimiz turniri 4-cü sırada başa vurub.
Sportbox.az
1115