Balakən sakinini 10 manat borca görə bıçaqladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakən sakinini 10 manat borca görə bıçaqladılar

11:42 - 20 / 11 / 2015
Balakən sakinini 10 manat borca görə bıçaqladılar

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Balakən şəhəri H. Əliyev prospektinin yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kəmil oğlu Hudulov  kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğlu tərəfindən bıçaqlanıb.

Bıçaq xəsarətləri alan 44 yaşlı İ.Hudulov qarının ön divarının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən, sol bel nahiyəsinin və başın ənsə hissəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Üzərində cərrahiyə əməliyyatı aparılan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Zərərçəkənin yaxınlarının verdiyi məlumata görə, İ.Hudulovun kişi geyimləri mağazasının sahibi E.Cavad oğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İ.Hudulov borcunu qaytarmaq üçün E.Cavad oğlunun işlədiyi mağazaya gedib.

Hadisəni törədən E.Cavad oğlu könüllü Balakən Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
820

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər