Noyabrın 17-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın 17-nə olan hava proqnozu açıqlanıb

13:17 - 20 / 11 / 2015
Noyabrın 17-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 17-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 13-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, gündüz saatlarında gilavar küləyinin arabir güclənməsi narahatlıq yarada bilər.

1news.az

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər