Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilib
Tehranda Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) daxil olan dövlətlərin nazirlərinin 17-ci iclası keçirilib.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Azərbaycan yekdilliklə Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilib.
Toplantıda Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasov təmsil edib.
Qeyd edək ki, noyabrın 23-də Tehranda GECF-ə daxil olan ölkələrin dövlət və hökumət başçılarının görüşü keçiriləcək.
Bu görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
1news.az
858