Samir Şərifov: “Azərbaycan və ABŞ arasında ticari münasibətlər yeni səviyyəyə çıxarılır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov: “Azərbaycan və ABŞ arasında ticari münasibətlər yeni səviyyəyə çıxarılır”

09:35 - 21 / 11 / 2015
Samir Şərifov: “Azərbaycan və ABŞ arasında ticari münasibətlər yeni səviyyəyə çıxarılır”

 “Azərbaycan ABŞ arasında ticarət, iqtisadi, humanitar sahərdə əkdaşlığın genişndirilməsi üçün çox k r r”.

1news.az-ın  APA-ya istinadən məlumatına görə, bunu Amerika-Azərbaycan Ticarət Palatasının (“Amcham-Azerbaijan”) yaradılmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,5 mlrd. ABŞ dollarına bərabər olub: “Bu ilin 9 ayında isə bu göstərici təxminən 1 milyard dollara çatıb. Azərbaycan investorları artıq ABŞ-a sərmayələrini qoymaqdadır. Bunların arasında bizim dövlət investisiya qurumumuz olan Dövlət Neft Fondu ABŞ istiqrazlarına, qiymətli kağızlarına böyük həcmdə sərmayə qoyub. Eyni zamanda, Azərbaycan dövlətinin ötən il ilk dəfə buraxdığı qiymətli kağızları, bondlarının ən böyük alıcıları da məhz Amerika maliyyə qurumları olub və bizim buraxılışın təxminən 53%-lik həcmini məhz Amerika şirkətləri əldə ediblər. Azərbaycan və ABŞ arasında ticarət münasibətlərinin yeni səviyyəyə çıxarılması üçün hazırda Amerika Ticarət missiyasının Bakıya gəlməsi çox gözəl imkanlar yaradır”.

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər