“El Mundo”: “Ermənilər Ağdam şəhərini məhv ediblər” | 1news.az | Xəbərlər
Siyasət

“El Mundo”: “Ermənilər Ağdam şəhərini məhv ediblər”

19:11 - 22 / 11 / 2015
“El Mundo”: “Ermənilər Ağdam şəhərini məhv ediblər”

“Dağıdılmış heykəllər, çatlamış asfaltdan böyüyən bitkilər, küçələrdə paslanmış tanklar...”.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu İspaniyanın ən böyük nəşrlərindən olan “El Mundo” qəzeti Ermənistan tərəfindən işğal olunan və dağıdılan Azərbaycanın Ağdam şəhəri haqqında yazır.

“Yer üzündən silinmiş şəhərlərə səyahət” adlı məqalədə dünyanın bir çox şəhərləri ilə yanaşı, qəzet Ağdam şəhərindən də bəhs edir.

“Azərbaycanın Ağdam şəhəri 1993-cü ildən sonra mistik vəziyyətə düşüb. Ermənistan və Azərbaycan arasındakı münaqişədə bu şəhər dağıdılıb. Ermənilər Ağdamı bir daha bərpa olunmasını istəməyərək onu məhv ediblər”, - deyə yazıda bildirilir.

Məqalədə, həmçinin Meksikadakı Teotihuakan, Tunisdəki Kartaqo kimi qədim yaşayış məskənləri, müasir dövrdə müharibələr nəticəsində məhv olmuş qəsəbələr, həmçinin Yaponiyanın Hirosima şəhəri haqqında da məlumat verilir.

1news.az

 

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər